Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
6 Mart , 2017 13:01
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı. 6 mart. REPORT.AZ/ Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə martın 6-da gecə saatlarında şəhərin T.İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs idarə etdiyi, müəyyən edilməyən avtomobillə şəhər sakini Rüstəm Abışov vurub. Nəticədə piyada R.Abışov hadisə yerində ölüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi