Yuxarı
    Bağlamaq

    Şirvanda piyadanı öldürüb qaçan sürücü saxlanılıb

    İstintaq bölməsində araşdırma aparılır

    Bakı. 3 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Şirvan şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan “Report”a verilən məlumata görə, şəhər sakini Nəsibə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb. Avtoqəza nəticəsində N.Xəlilova elə hadisə yerindəcə ölüb.

    Şirvan Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Emin Abbasov saxlanılıb.

    Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi