Şirvanda oğurluq edən üç nəfər cinayət başında yaxalanıb

Şirvanda oğurluq edən üç nəfər cinayət başında yaxalanıb Bakı. 23 yanvar. REPORT.AZ/ Polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
Hadisə
23 yanvar 2019 07:49
Şirvanda oğurluq edən üç nəfər cinayət başında yaxalanıb
0 : 00
0 : 00

Bakı. 23 yanvar. REPORT.AZ/ Polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

DİN-in mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 21-də Şirvan şəhəri ərazisində neft quyusunun istismardan çıxarılmış borusunu kəsərək oğurlamağa cəhd göstərən 3 nəfər Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar. 

Şəhər Polis Şöbəsinə təhvil verilən həmin şəxslərin şəhər sakinləri Qaraxan Əzimov, Fadil Bəxtiyarov və Şəmsəddin Zərbəliyev olduqları müəyyən edilib.

Araşdrıma aparılır.

Son xəbərlər

Orphus sistemi