Şirvanda 5 630 manatlıq oğurluq edilib

Şirvanda 5 630 manatlıq oğurluq edilib Şirvanda oğurluq edən iki nəfər saxlanılıb.
Hadisə
25 Yanvar , 2022 10:30
Şirvanda 5 630 manatlıq oğurluq edilib

Şirvanda 5 630 manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) səhər ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 3 630 manat olan tikinti materiallarının, məişət əşya və avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Zamanov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində isə şəhər ərazisində fəaliyyəti dayandırılmış müəssisələrin birindən dəyəri 2 000 manat olan dəmir darvazanı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Mütəllimov saxlanılıb.

Dindirilmə zamanı M.Mütəllimov oğurluq hadisəsini etiraf edərək darvazanı səhər ərazisində fəaliyyət göstərən əlvan metalların qəbulu məntəqələrin birinə dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri başlanılıb, hadisələrdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi