Şirvanda narkotacirə hökm oxunub

Şirvanda narkotacirə hökm oxunub Lənkəran Ağır Cinayətlər Məhkəməsində Şirvan rayonunda narkotik vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Qafarlı Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 Dekabr , 2021 16:15
Şirvanda narkotacirə hökm oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Şirvan rayonunda narkotik vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Qafarlı Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q.Əlizadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Q.Əlizadə ötən ilin avqust ayında Şirvan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Onun evindən narkotik vasitə olan heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb. Səkkiz ədəd sellofan bükümdə qablaşdırılan narkotik vasitə satış məqsədi üçün nəzərdə tutulub.

İstintaq orqanı tərəfindən Q.Əlizadənin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi