Şirvanda məişət tullantıları poliqonundan avtomat tapılıb 

Şirvanda məişət tullantıları poliqonundan avtomat tapılıb  Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində məişət tullantılarının atıldığı ərazidən müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən ha
Hadisə
17 noyabr 2023 06:33
Şirvanda məişət tullantıları poliqonundan avtomat tapılıb 

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində məişət tullantılarının atıldığı ərazidən 1 ədəd avtomat, 1 ədəd daraq və 17 ədəd patron aşkarlayaraq götürüb.


Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.


Bildirilib ki, bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 6 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.


Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi