Şirvanda maşın yaşlı qadının üzərinə aşıb, ölən və yaralanan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Şirvanda maşın yaşlı qadının üzərinə aşıb, ölən və yaralanan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Foto və Video əlavə olunub
Hadisə
3774
15 Sentyabr , 2018 21:54
Şirvanda maşın yaşlı qadının üzərinə aşıb, ölən və yaralanan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Foto və Video əlavə olunub


***19:14

Şirvan. 15 sentyabr. REPORT.AZ/ Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan "BMW" markalı "10-ZP-823" dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.

Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Adışova Güldəstə Səfərqulu qızı ölüb. Maşının 1990-cı il təvəllüdlü sürücüsü Əhədov İmran Səxavət oğlu xəsarət alaraq xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi