Şirvanda küçədə yeni doğulmuş körpə tapılıb

Şirvanda küçədə yeni doğulmuş körpə tapılıb Uşağın kim tərəfindən atıldığı məlum deyil
Hadisə
27 Mart , 2018 19:21
Şirvanda küçədə yeni doğulmuş körpə tapılıb

Şirvan. 27 mart. REPORT.AZ/ Şirvan şəhərində ikigünlük körpə qız küçəyə atılıb.

“Report”un Aran bürosu xəbər verir ki, martın 25-də doğulmuş körpə küçədə tapılıb.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə təhvil verilib. Şöbədən verilən məlumata görə, körpənin çəkisi  3 kiloqramdır və səhhəti qənaətbəxşdir. Onun kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi