Şirvanda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Şirvanda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var Şirvanda yol qəzası olub, xəsarət alanlar var.
Hadisə
3 Fevral , 2022 23:55
Şirvanda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Şirvanda yol qəzası olub, ölən və xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində dörd nəfər - Şirvan Şəhər Xəstəxanasının travmatoloqu Qasımov Əli Firudin oğlu, Şirvan sakini, 1984-cü il təvəllüdlü Abbasov Əjdər Abbas oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Yusif Zöhrab oğlu, 1990-cı il təvəllüdlü Əmirov Nurlan Ayət oğlu xəsarət alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Abbasov Əjdər Abbas oğlunun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

23:22

Şirvanda yol qəzası olub, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ağır xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi