Şirvanda evə basqın olub

Şirvanda evə basqın olub Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Yanvar , 2017 10:37
Şirvanda evə basqın olub

Şirvan. 21 yanvar. REPORT.AZ/ Yanvarın 20-də Şirvan şəhərində yaşayan Mətanət Salahovanın evinə qarət məqsədilə girən naməlum şəxs səs-küyə oyanan Mətanəti boğmağa cəhd göstərib, oğlu Elbrusa bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

“Report”un Şirvan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini İlkin Xanteymurov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi