Şirvanda elektron qolbaq daşıyan şəxs narkotik satarkən saxlanılıb

Şirvanda elektron qolbaq daşıyan şəxs narkotik satarkən saxlanılıb Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.
Hadisə
17 Dekabr , 2021 11:59
Şirvanda elektron qolbaq daşıyan şəxs narkotik satarkən saxlanılıb

Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rəşad Baxşıyev şəhər ərazisində yerləşən "Oazis" restoranının qarşısında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

R.Baxşiyev əvvəllər də cinayət əməli ilə məşğul olduğu üçün istintaqa cəlb olunub. Belə ki, ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri zamanı isə Şirvan şəhər sakini İsmayıl Əmiraslanov saxlanılıb. Həmin şəxsdən də heroin aşkarlanaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi