Şirvanda dörd aya yaxındır itkin düşən ana və oğlu Bərdədən tapılıb

Şirvanda dörd aya yaxındır itkin düşən ana və oğlu Bərdədən tapılıb Şirvan. 20 dekabr. REPORT.AZ/ Şirvan şəhərində dörd aya yaxındır itkin düşən ana və oğlu tapılıb. 
Hadisə
20 Dekabr , 2017 12:58
Şirvanda dörd aya yaxındır itkin düşən ana və oğlu Bərdədən tapılıb

Şirvan. 20 dekabr. REPORT.AZ/ Şirvan şəhərində dörd aya yaxındır itkin düşən ana və oğlu tapılıb. 

Bu barədə “Report”un Aran bürosuna DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Belə ki, bu il avqustun 28-də Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və oğlu, 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar. Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan Şəhər Polis Şöbəsinə müraciət edib. Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən ana və oğlu dekabrın 20-də Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi