Bakı. 21 avqust. REPORT.AZ/ Şirvanda bir neçə evdən oğurluq edən şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə
Məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gülxar Atamoğlanovanın, İxtiyar Hüseynovun, Sadiq Səmədovun və Elşad Abiyevin evlərindən pul, qızıl və məişət əşyaları oğurlayan şəhər sakini Samir Balakişiyev tutulub.
Faktla bağlı araşdırma aparılır.