Şirvanda bir ailənin 3 üzvü yol qəzasında xəsarət aldı

Şirvanda bir ailənin 3 üzvü yol qəzasında xəsarət aldı Şirvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
5 İyun , 2021 22:37
Şirvanda bir ailənin 3 üzvü yol qəzasında xəsarət aldı

Şirvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, iki minik maşınının toqquşması nəticəsində bir ailənin üç üzvü - Şirvan şəhər sakinləri; 1979-cu il təvəllüdlü Abdullayev Natiq Arif oğlu, onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Ənvər qızı, habelə onların oğlu, 2010-cu il təvəllüdlü Abdullayev Nihat Natiq oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi