Şirvanda bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Şirvanda bank hesabından pul oğurlayan şəxs saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinə şəhər sakini M.Heydərovun bank hesabından 300 manatının oğurlanması barədə müraciət daxil olub.
Hadisə
18 iyul 2022 07:28
Şirvanda bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinə şəhər sakini M.Heydərovun bank hesabından 300 manatının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin soyğunçuluq yolu ilə törədilməsi müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini C.Paşayev müəyyən olunaraq saxlanılıb.

Son xəbərlər

Orphus sistemi