Şirvanda avtomobil qadını vurub öldürdü

Şirvanda avtomobil qadını vurub öldürdü Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Sentyabr , 2020 22:19
Şirvanda avtomobil qadını vurub öldürdü

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Şirvanın köhnə şəhər adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən, Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Həsənova Fərqanə Məmmədəli qızını vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi