Şirvanda avtomobil piyadanı vurub

Şirvanda avtomobil piyadanı vurub Şirvan şəhərində avtomobil piyadanı vurub.
Hadisə
10 Oktyabr , 2019 19:45
Şirvanda avtomobil piyadanı vurub

Şirvan şəhərində avtomobil piyadanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin “Elxanbulağı” adlanan ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən və hələlik şəxsiyyəti məlum olmayan 50-60 yaş arasında olan piyadanı vurub.

İlkin məlumata görə, sürücü yaralını Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. O, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi