Şirvan. 8 dekabr. REPORT.AZ/ Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, şəhərin “köhnə bazar” adlanan ərazisində “Ford tranzit” markalı avtomobil sərxoş vəziyyətdə olan Şirvan sakini, 1981-ci il təvəllüdlü Mənsimov Rauf Afiq oğlunu vurub.
Nəticədə piyada kəllə-beyin travması diaqnozu ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.
Bundan əvvəl Bərdədə piyadanı avtomobil vurub.