Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb

Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb Şirvan. 12 sentyabr. REPORT.AZ/ Şirvan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Sentyabr , 2018 22:21
Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb

Şirvan. 12 sentyabr. REPORT.AZ/ Şirvan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, axşam saat 21.00 radələrində Şirvan şəhərinin köhnə şəhər dairəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Azsamand” markalı avtomobil yolu keçən 1990-cı il təvəllüdlü yerli sakin Abıyev Kamran İlqar oğlunu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada elə sürücünün özü tərəfindən Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Hazırda yaralı xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi