Şirvan şəhərində 75 yaşlı piyadanı avtomobil vurub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Tofiq İsmayılov küçəsində qeydə alınıb.
Belə ki, KİA markalı avtomobil Salyan rayon sakini, 1944-cü il təvəllüdlü Salman Muradovu yolu keçərkən vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.