Şirvanda 40 yaşlı kişi itkin düşüb

Şirvanda 40 yaşlı kişi itkin düşüb O, dörd gün bundan əvvəl işə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb
Hadisə
26 Fevral , 2018 18:49
Şirvanda 40 yaşlı kişi itkin düşüb

Şirvan. 26 fevral. REPORT.AZ/ Şirvan şəhərində 40 yaşlı kişi itkin düşüb. 

“Report”un Aran bürosu xəbər verir ki, 1978-ci il təvəllüdlü Rövşən Vladimir oğlu İbrahimov dörd gün bundan əvvəl işə getmək adı ilə evdən çıxıb bir daha geri qayıtmayıb. 

Məlumata görə, R.İbrahimov Şirvan şəhər Əlillərin Bərpa Mərkəzində gözətçi işləyirmiş.

Artıq bununla bağlı Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət olunub. Polis tərəfindən onun axtarılıb tapılması istiqamətində tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi