Şirvanda iki nəfər qətlə yetirilib

Şirvanda iki nəfər qətlə yetirilib Cinayəti törədənlər hadisə yerindən uzaqlaşıblar
Hadisə
168
6 Noyabr , 2015 01:42
Şirvanda iki nəfər qətlə yetirilib

Bakı. 6 noyabr. REPORT. AZ / Şirvanda dəhşətli qətl hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhər Heydər Əliyev prospektində "Vosmoy" adlanan ərazidə yerləşən köhnə çayxanada qeydə alınıb.

Belə ki, kriminal aləmdə "Kriti Elvin" kimi tanınan Şirvan şəhər sakini, 1983-cü il təvəllüdlü Elvin Zamanəli oğlu Nəziyev və 1990-il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbabayev "Makarov" tipli tapançadan naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Cinayəti törədənlər hadisə yerindən uzaqlaşıblar.

Faktal bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi