Şirvan su kanalında batan şəxsin meyiti tapılıb

Şirvan su kanalında batan şəxsin meyiti tapılıb Şirvan su kanalının Ağdaş rayonu, Bulaqotağı kəndindən keçən hissəsində bataraq boğulan şəxsin meyiti sudan çıxarılıb.
Hadisə
20 Oktyabr , 2019 21:18
Şirvan su kanalında batan şəxsin meyiti tapılıb

Şirvan su kanalının Ağdaş rayonu, Bulaqotağı kəndindən keçən hissəsində bataraq boğulan şəxsin meyiti sudan çıxarılıb.

"Report"un yerli bürosunun məlumatına görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Şirvan su kanalında batdığı ehtimal olunan 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. ***19:03

Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində Şİrvan su kanlında bataraq boğöulan şəxsin kimliyi məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, bu, Ağdaş rayonunun Bulaqotağı kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlu olub. 

Onun hansı şəraitdə kanala düşdüyü və bataraq boğulduğu hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. ***20:13

Ağdaş rayonunda yerli sakin su kanalında batıb. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Şirvan su kanlaının rayonun Bulaqotağı kəndindən keçən hissəsində baş verib. 

 Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi yardım Stansiyasının həkimləri və dalğıc-axtarış qrupu cəlb olunub. 

Hələlik şəxsiyyəti məlum olmayan şəxsin axtarışları davam edir.  

Son xəbərlər

Orphus sistemi