Yuxarı

​Şirvan su kanalında batan azyaşlının meyiti tapılıb

9 yaşlı Şükürün cəsədi batdığı yerdən 5 km aralıda aşkar edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Aprelin 21-də Şirvan şəhərində Şirvan su kanalında batan azyaşlının meyiti tapılıb.

"Report"  xəbər verir ki, 2007-ci il təvəllüdlü Əhmədov Şükür Fəxrəddin oğlunun cəsədi batdığı yerdən 5 km aralıda tapılaraq sudan çıxarılıb.

Onun nəşi aidiyyəti üzrə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi