Bakı. 25 fevral. REPORT.AZ/ Axşam saatlarında Şirvan şəhərində yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, vətəndaşa məxsus yeməkxananın ərazisində yerləşən hamamın taxtadan ibarət tavanı yanıb.
Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.