Şirvan şəhərində oğurluq akkumulyator satan şəxs tutulub - FOTO

Şirvan şəhərində oğurluq akkumulyator satan şəxs tutulub - FOTO O, akkumulyatorları Salyandakı fermanın maşınından oğurlayıb
Hadisə
28 yanvar 2018 18:22
Şirvan şəhərində oğurluq akkumulyator satan şəxs tutulub - FOTO
Report

Salyan. 28 yanvar. REPORT.AZ/ Salyanda oğurluqla məşğul olan şəxs saxlanılıb.

“Report”un Aran bürosu xəbər verir ki, 1990-cı il təvəllüdlü Bəşirbəyli kənd sakini İsmayılov Qalib Ağası oğlu Qaraçala qəsəbəsindəki “Hacı Camalxan” kəndli-fermer təsərrüfatına məxsus “DAF” markalı yük maşınından iki ədəd akkumulyator oğurlayaraq Şirvan şəhərində satarkən polis əməkdaşları tərəfindən tutulub.

Hər birinin qiyməti 250-300 manat arasında olan akkumulyatorlar maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi