Şirvan sakini külli miqdarda narkotiklə tutulub

Şirvan sakini külli miqdarda narkotiklə tutulub Şirvan şəhər sakinindən külli miqdarda narkotik vasitələr götürülüb.
Hadisə
23 Yanvar , 2020 18:24
Şirvan sakini külli miqdarda narkotiklə tutulub

Şirvan şəhər sakinindən külli miqdarda narkotik vasitələr götürülüb.

Bu barədə “Report”un Aran bürosuna DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakini Aftandil Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd bükümdə ümumi çəkisi 80,184 qram psixotrop maddə metafetamin və 1 ədəd bükümdə ümumi çəkisi 104,718 qram olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 3,960 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Son xəbərlər

Orphus sistemi