Şirvan sakini dərman içərək intihar edib - YENİLƏNİB

Şirvan sakini dərman içərək intihar edib - YENİLƏNİB Şirvan şəhərində çox sayda dərman pereparatları və həblər qəbul edərək intihar edən şəxsin adı məlum olub.
Hadisə
23 İyun , 2019 08:39
Şirvan sakini dərman içərək intihar edib - YENİLƏNİB

Şirvan şəhərində çox sayda dərman pereparatları və həblər qəbul edərək intihar edən şəxsin adı məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Xanlar küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Gülməmmədli Rəfael Eyyub oğlu intihar etmək məqsədi ilə çox sayda dərman həbləri qəbul edib. Vəziyyəti ağır olan G. Rəfael Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılan zaman yolda dünyasını dəyişib. 

İntiharın səbəbləri hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.


*** 07:48


Şirvan şəhərində intihar hadisəsi olub.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan  gənc oğlan intihar etmək məqsədi ilə çox sayda dərman pereparatları və həblər qəbul edib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi