Yuxarı
    Bağlamaq

    Şirvan Milli Parkından oğurlanan 2 baş ceyran Salyan sakininin tövləsində aşkarlanıb

    Faktla bağlı araşdırmalara başlanılıb

    Salyan. 26 dekabr. REPORT.AZ/ Şirvan Milli Parkından iki baş ceyran oğurlayan şəxs tutulub. 

    "Report"un Aran bürosu xəbər verir ki, Salyan rayonunun Həsənli kənd sakini Seyfəli Süleymanov Şirvan Milli Parkının ərazisindən iki baş ceyran oğurlayaraq həyətyanı sahəsində olan tövlədə gizlədib. 

    Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı S.Süleymanovun həyətyanı sahəsinə baxış keçirilən zaman orada yerləşən tövlədən iki baş ceyran və üç ədəd "TOZ-8" markalı tüfəng aşkarlanaraq götürülüb.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi