Şirvan Milli Parkındakı silahlı insidentin təfərrüatı məlum olub

Şirvan Milli Parkındakı silahlı insidentin təfərrüatı məlum olub Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
31 Mart , 2018 10:01
Şirvan Milli Parkındakı silahlı insidentin təfərrüatı məlum olub

Salyan. 31 mart. REPORT.AZ/ Salyan rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə martın 30-da  axşam saatlarında Şirvan Milli Parkı ərazisində qeydə alınıb. 

Belə ki, Hacıqabul rayon sakinləri - 30 yaşlı Elvin Tərxan oğlu İsrafilov və 35 yaşlı Rahil Heybət oğlu Ağayev ceyran ovlamaq məqsədilə qanunsuz olaraq Şirvan Milli Parkına daxil olublar. Bundan xəbər tutan parkın əməkdaşları brakonyerləri yaxalamaq istəyən zaman Rahil Ağayev əlindəki silahla qoruğun əməkdaşlarına atəş açıb. Nəticədə parkın sahə müfəttişi, Bakı şəhər sakini, 57 yaşlı İltifat Şirəli oğlu Xalıqov qarın boşluğundan ağır olmayan güllə yarası alıb. Buna baxmayaraq, hadisə yerinə gələn Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə əvvəlcə Elvin İsrafilov, sonra isə Rahil Ağayev zərərsizləşdirlib. Baxış zamanı onlardan 1 baş ceyran, 1 ədəd bıçaq, işıqlandırıcı (pojektor) maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Hadisə yerinə gəlmiş təcili yardım stansiyasının həkimləri tərəfindən yüngül yara almış İltifat Xalıqova ilk tibbi yardım göstərilib və qarın nahiyəsindən güllənin qırması çıxarılaraq ambulator müalicəyə buraxılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi