Şirniyyat məhsulları satan şirkət cərimələnib

Şirniyyat məhsulları satan şirkət cərimələnib Bakı Apellyasiya Məhkəməsində “Dilala” MMC-nin 5500 ABŞ dolları inzibati cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.
Hadisə
15 Yanvar , 2020 15:41
Şirniyyat məhsulları satan şirkət cərimələnib

Bakı Apellyasiya Məhkəməsində “Dilala” MMC-nin 5500 ABŞ dolları inzibati cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.

"Report" xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati protokoluna əsasən şirkətin cərimə edilməsi barədə qərar çıxarıb.

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan “Dilala” MMC şirniyyat məhsullarının satışını həyata keçirir.

Son xəbərlər

Orphus sistemi