Şirkətdən 9 min manatlıq material oğurlanıb

Şirkətdən 9 min manatlıq material oğurlanıb Bakıda şirkətlərdən birinin deposundan 9150 manat dəyərində olan dəmir profil və dirəklər oğurlanıb.
Hadisə
1 yanvar 2022 07:55
Şirkətdən 9 min manatlıq material oğurlanıb

Bakıda şirkətlərdən birinin deposundan 9150 manat dəyərində olan dəmir profil və dirəklər oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində şirkətlərdən birinin deposundan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar E.İbrahimov, İ.Osmanov və E.Mehdiyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi