Şirkətdən 450 min manat oğurlayan şəxs özünü qismən təqsirli bilib

Şirkətdən 450 min manat oğurlayan şəxs özünü qismən təqsirli bilib Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
25 yanvar 2019 09:17
Şirkətdən 450 min manat oğurlayan şəxs özünü qismən təqsirli bilib
Report

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittam üzrə R.Nəbiyev özünü qismən təqsirli bilib.

O, daha sonra sərbəst ifadə verib. R.Nəbiyev dindirilən zaman qeyd edib ki, Sumqayıt Texnologiyalar Parkında təhlükəsizlik üzrə mütəxəssis işləyib: "Hadisə gecə saat bir radələrində baş verdi. Seyfdə pulun çox olduğunu gördüm və oğurlamaq qərarına gəldim. Əvvəl seyfdən 20 min manat pul götürmək istəyirdim. Lakin pulun çox olduğunu görüb fikrimdən daşındım. Seyfi açdım və pulun hamısını götürdüm. Sonra qalan pulu qaytaracaqdım. Əgər 20 min manat götürüb qalanını orda saxlasaydım, digər şəxslər pulu götürəcəkdikər. Seyfdən pulu götürən kimi yazıb qoydum ki, "20 min manat pul götürmüşəm, çünkü borcum var idi, qalanını da qaytaracağam". Səhər idarəyə zəng edib pulun qalan hissəsinin məndə olduğunu və gəlib götürmələrini istədim. Götürdüyüm pullardan kredit borcumu ödədim. İdarənin əməkdaşları səhər gəldi. Sonra polis əməkdaşları da gəldi və orda həbs etdilər".

Məhkəmədə elan olunub ki, Sumqayıt Texnologiyalar Parkı təqsirləndirilən şəxsə qarşı 22 750 manatlıq mülki iddia qaldırıb. Bildirilib ki, götürülən puldan 427 250 manat geri qaytarılıb.

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, ötən il Sumqayıt şəhəri ərazisində yerləşən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450 min manat oğurlandığı barədə Sumqayıt şəhər Polis idarəsinə müraciət olunub.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakini R.Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.

Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məluumatlı olub.

R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq madddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi