Yuxarı

Şirkət ​Fövqəladə Hallar Nazirliyini məhkəməyə verib

MMC aktın ləğv olunmasını tələb edir

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Xəmsə-M" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Fövqəladə Hallar Nazirliyinin (FHN) 4-cü Dövlət Yanğın Nəzarət Xidmətini (DYNX) məhkəməyə verib.

"Report"un xəbərinə görə, MMC DYNX-nin qəbul etdiyi aktın ləğv olunmasını tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Xəmsə-M" Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən quşçuluq təsərrüfatı ilə məşğul olan şirkətdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi