Yuxarı
    Bağlamaq

    Şirkət FHN-i məhkəməyə verib

    İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır

    Bakı. 30 mart. REPORT.AZ/ "Home Baku" MMC Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətini, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsini və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutunu məhkəməyə verib.

    "Report"un əldə etdiyi məlumata görə, şirkət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək qanunsuz tikilinin sökülməsi barədə tələb irəli sürüb.

    İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

    İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qismində isə Cavanşir Əliyev göstərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi