Yuxarı

​“Sirab”a məhsul daşıyan sürücü suda boğulub - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Bakı. 1 iyun. REPORT.AZ/ Bakıda H.Əliyev prospekti 106 ünvanında “Sirab” və digər şirkətlərin icarə əsasında yerləşdikləri bazanın həyətində ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Babək rayon sakini 1967-ci il təvəllüdlü Adil Əbilov həyətdə yerləşən su hovuzuna ehtiyatsızlıqdan yıxılaraq boğulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki A.Əbilov həmin müəssisələrə Naxçıvandan məhsul gətirən TIR-lardan birinin sürücüsü olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi