Bakı. 5 oktyabr. REPORT.AZ/ “Bakınını Səbail rayonu ərazisində, Bayıldan Bibiheybət məscidi istiqamətində hərəkət edərkən sola dönmək üçün icazə xətti həmin ərazidə bir sıra idarələrin olması səbəbindən çəkilib”.
Bu barədə “Report”a Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ
Onun sözlərinə görə sözügedən ərazidə qırıq-qırıq xətlər 2015-ci ildən mövcüddur. Bu ərazidə dönmək Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə təsdiqlənib.
Qeyd edək ki, həmin şossedə yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün sürət həddi 60 km/saat müəyyən edilib, bundan əlavə, orada radar nişanı da qoyulub.