Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb

Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Hadisə
124
5 İyun , 2020 16:42
Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. 

Bu barədə "Report" DGK-ya istinadən xəbər verir.

Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gömrük baxışı zamanı Türkiyədən gələn IVECO markalı avtomobilin salonunda "Leader" markalı 1 800 ədəd, Gürcüstandan gələn DAF markalı avtomobilin salonunda isə "Marlboro" markalı 9 800 ədəd siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.



Son xəbərlər

Orphus sistemi