Bakı. 15 mart. REPORT.AZ/ Sinqapurda hərbi helikopter qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə hökumətin baş katibi Seydu Gueye bildirib.
Onun sözlərinə görə, hadisə Seneqalın cənub-qərbində, Fatik bölgəsindəki Missirah kəndi yaxınlığında baş verib.
Hadisə nəticəsində hərbi helikopterdə 6 nəfər ölüb.
Qalan sərnişinlərdən 14 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.