Bakı. 29 fevral.
"Report" xəbər verir ki, bu haqda "kibrispostasi" məlumat yayıb.
Məlumata görə, hadisə ötən gecə "Genc TV"nin binası qarşısında olub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb. 4 nəfər isə yaralanıb. Yaralılardan ikisinin vəizyyəti ağır olub. Onlardan ikisi, Azərbaycan vətəndaşları - Nicat Hacızadə (avtomobilin sürücüsü) və Yunus Ərəbov xəstəxanada həyatını itirib. Xəstəxanaya yerləşdirilən yaralı Azərbaycan vətəndaşı Anar Süleymanlının vəziyyətinin kafi olduğu bildirilib. Digər yaralı Mehdi Laamyemin vəziyyəti isə ağır olaraq qalır.

