Şimal bölgəsində güclü yağış gilas bağlarına ziyan vurub - FOTO

Şimal bölgəsində güclü yağış gilas bağlarına ziyan vurub - FOTO Meyvələrin üzərinə ləkə düşüb, əksər hissəsi yağışın təsirindən çatlayıb
Hadisə
2 İyun , 2017 18:51
Şimal bölgəsində güclü yağış gilas bağlarına ziyan vurub - FOTO
Report.az

Quba. 2 iyun. REPORT.AZ/ Uzun müddətdir şimal bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti meyvə bağlarına ziyansız ötüşməyib.

“Report”un Şimal bürosu xəbər verir ki, xüsusilə Quba və Xaçmaz rayonlarında yerləşən gilas bağlarının ilk bəhəri məhv olub. Hazırda yetişməkdə olan may gilası kimi tanınan çəyirdəkli meyvələrin üzərinə ləkə düşüb. Meyvələrin əksər hissəsi isə yağışın təsirindən çatlayıb.

Kənd təsərrüfatı mütəxxəssisi Mədət Qurbanov “Report”a açıqlamasında bildirib ki, gilasın yalnız tez yetişən növlərinin təxminən 30-40 faizi yağışdan ziyan görüb: "Gec yetişən növlərində isə hazırda hər hansı çatlama müşahidə olunmur. Lakin yağıntılı hava şəraiti davam edərsə, çatlama gilasın bütün növlərinə siraət edə bilər. Müxtəlif dərman pereparatları vasitəsilə çatlamanın qarşısını qismən almaq olar. Lakin bu da sağlam məhsul əldə etməyə zəmanət vermir. Ümid yalnız hava şəraitinin dəyişməsinə qalır".

Qeyd edək ki, Azərbaycanın şimal bölgəsində 48 min hektar meyvə bağı var. Onların da 30 faizini çəyirdəkli bitkilər təşkil edir.

Son xəbərlər

Orphus sistemi