Yuxarı

Azərbaycanda silsilə oğurluqlar edən xalaoğlular tutulub - FOTO

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır

Bakı. 17 dekabr. REPORT.AZ/ Şirvan rayonunda oğurluq edən iki xalaoğlu tutulub. "Report" xəbər verir ki, Şirvan sakini 19 yaşlı Zahid Abbasov 11 sentyabr 2015-ci il tarixdə, qohumu Elçin Əliyevlə birlikdə Şirvan sakini Roman Yaqubovun evinə daxil olaraq həmin evdən dəyəri 2500 manat olan iki ədəd qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət komplekti, üzərində brilyant qaşları olan 2000 manat dəyərində bir ədəd qızıl kolye, bir ədəd 150 manat dəyərində qızıl uşaq bilərzik, bir ədəd 400 manat dəyərində qızıl kişi üzüyünü, bir ədəd brilyant qaşlı 500 manat dəyərində qızıl qadın üzüyünü və bir ədəd brilyant qaşlı 200 manat dəyərində qızıl qadın üzüyünü götürərək Roman Yaqubova 5750 manat dəyərində maddi zərər vurublar.

Bundan başqa, qohumlar təkrarən dekabrın 7-də Şirvan sakini Qurbanova Mehriban Vaqif qızına məxsus gözəllik salonuna daxil olaraq, salondan ümumi dəyəri 606 manat olan müxtəlif əşyalar oğurlayaraq qaçıblar.

Daha sonra qohumlar dekabrın 14-də Elşən Novruz oğlu Muradova məxsus yaşayış evinə daxil olaraq həmin evdən bir ədəd DVD aparatını, 100 ədəd DVD formatlı disk və qab-qacaq dəstini talayaraq ev sahibinə 175 manat  maddi ziyan vurublar.

Onlar həyata keçirdikləri silsilə oğurluqlar nəticəsində ümumilikdə  vətəndaşlara 6530 manat dəyərində maddi ziyan vurublar.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi