Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Yolumuz Heydər Əliyev yoludur" mövzusunda tədbir keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Yolumuz Heydər Əliyev yoludur" mövzusunda tədbir keçirilib Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yolumuz Heydər Əliyev yoludur mövzusunda tədbir keçirilib.
Hadisə
7 May , 2019 17:29
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Yolumuz Heydər Əliyev yoludur mövzusunda tədbir keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə "Yolumuz Heydər Əliyev yoludur" mövzusunda tədbir keçirilib.

"Report"un xəbərinə görə, əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daha sonra Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider, əbədiyaşar Ali Baş Komandanımız Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi Azərbaycan Ordusunda da geniş qeyd edilir: "Ordumuzun şəxsi heyəti ulu öndərin 96 illik yubileyini döyüş və mənəvi-psixoloji hazırlıqda, təlimlərdə qazanılmış uğur və nailiyyətlərlə qarşılayır. Keçirilən silsilə tədbirlərdə şəxsi heyət Heydər Əliyev ideyalarına bundan sonra da sadiq olacağını qəti şəkildə bildirir".

Tədbirdə Müdafiə Nazirliyinin İdeoloji iş və mənəvi-psixoloji təminat idarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev də çıxış edib. O qeyd edib ki, bu gün Azərbaycan dövlətinin rifahının, təhlükəsizliyinin təmin olunması ulu öndərin ordu quruculuğu sahəsində uzaqgörən fəaliyyətinin bəhrəsidir: "Heydər Əliyev respublikamıza ilk dəfə rəhbərlik etdiyi illərdə tez-tez hərbi təhsil müəssisələrinə baş çəkir, istər zabitlər, istərsə də kursantlar arasında azərbaycanlıların azlıq təşkil etməsi ilə heç vaxt barışmırdı. Ötən əsrin 70-ci illərində ulu öndərin birbaşa təşəbbüsü ilə Bakıda ilk ibtidai hərbi məktəbin - indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, respublikamızın həyatında olduqca mühüm hadisə oldu. Sonrakı illərin təcrübəsi göstərir ki, həmin təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynayıb. Məktəbin məzunları olmuş bir çox zabitlər müstəqillik dövründə Milli Ordumuzun formalaşmasında, torpaqlarımızın müdafiəsində qəhrəmanlıqlar göstəriblər".

Ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib ki, cəbhə bölgələrində müharibənin qızğın vaxtında ulu öndərin ön xəttə gəlib şəxsi heyətlə görüşməsi, əsgər və zabitlərin problem və qayğıları ilə maraqlanması həmin dövrdə şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, bu gün də orduda xatırlanır.

O, Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsinin və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azad olunması uğrunda döyüşlərdə iştirakını, həmin vaxt Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərinin üzərində ümummilli liderin şəkilləri olan tanklarla hücuma keçməsini xatırladıb.

Tədbirə konsert proqramı ilə yekun vurulub.

Son xəbərlər

Orphus sistemi