Sığorta şirkətinin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı apellyasiya şikayəti təmin edilməyib

Sığorta şirkətinin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı apellyasiya şikayəti təmin edilməyib Bakı. 9 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “A-Qrup Sığorta Şirkəti” ASC-nin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası əsasında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Hadisə
9 May , 2018 12:35
Sığorta şirkətinin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı apellyasiya şikayəti təmin edilməyib

Bakı. 9 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “A-Qrup Sığorta Şirkəti” ASC-nin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası əsasında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, sığorta şirkətinin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin icra hakimiyyətinin xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, “A-Qrup Sığorta Şirkəti” ASC Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC subroqasiya hüququ üzrə zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib.

Üçüncü şəxs qismində Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti göstərilib.

Qərardan narazı qalan sığorta şirkəti apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi