Sığorta şirkətinin 91 min manat pulunu mənimsəyən şəxsə şərti cəza verilib

Sığorta şirkətinin 91 min manat pulunu mənimsəyən şəxsə şərti cəza verilib Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
16 İyun , 2017 15:01
Sığorta şirkətinin 91 min manat pulunu mənimsəyən şəxsə şərti cəza verilib

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Əsgərovun 7 il azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi tətbiq olunaraq, C.Əsgərova şərti cəza verilib.

Qeyd edək ki, C.Əsgərov "Azərbaycan Sənaye Sığorta" ASC-nin Sumqayıt şəhərində yerləşən filialının müdiri vəzifəsində çalışıb. Həmin dövrdə o, vətəndaşlardan yığılmış icbari sığortadan 91 min manat məbləğində vəsaiti mənimsəyərək, şirkətə külli miqdarda ziyan vurub.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

C.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məhkəmə istintaqı dövründə C.Əsgərov dəymiş ziyanı ödəyib.

Son xəbərlər

Orphus sistemi