Rusiyada sifarişlə qətl törədən Azərbaycan vətəndaşı barədə hökm qüvvəyə minib

Rusiyada sifarişlə qətl törədən Azərbaycan vətəndaşı barədə hökm qüvvəyə minib Rusiyanın Ulyanovsk vilayətində Azərbaycan vətəndaşı Sahib İbrahimov barəsində sahibkarın sifarişlə öldürülməsi ilə bağlı cinayət işi üzrə hökm qüvvəyə minib.
Hadisə
5 İyul , 2019 10:46
Rusiyada sifarişlə qətl törədən Azərbaycan vətəndaşı barədə hökm qüvvəyə minib

Rusiyanın Ulyanovsk vilayətində Azərbaycan vətəndaşı Sahib İbrahimov barəsində sahibkarın sifarişlə öldürülməsi ilə bağlı cinayət işi üzrə hökm qüvvəyə minib.

Bu barədə "Report" vilayət prokurorluğunun saytına istinadən xəbər verir.

Qeyd olunur ki, sahibkar uzun müddət həyat yoldaşı Lida Süleymanova ilə mübahisə edib. 2014-cü ilin oktyabrında qadın ərinin qətlini yerli çörək sexində çalışan Azərbaycan vətəndaşına sifariş edib və planının icrası üçün ona 500 min rubl, ov tüfəngi və mobil telefon verib. S.İbrahimov elə həmin gün sahibkarı güllələyib və hadisə yerindən qaçıb. Lakin onun kimliyi müəyyənləşdirilib və o, saxlanılıb.

L.Süleymanova və S.İbrahimova Rusiya Federasiyası Cinayət Məcəlləsinin sifarişlər qətl təşkil etmək, qanunsuz odlu silah saxlamaq və gəzdirmək maddələri üzrə ittiham irəli sürülüb.

Ulyanovsk vilayətinin prokurorluğunun təqdim etdiyi sübutlara əsasən, L.Süleymanova və S.İbrahimov müvafiq olaraq, ümumi rejimli koloniyada olmaqla 14 il və ciddi rejimli koloniyada olmaqla 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Son xəbərlər

Orphus sistemi