Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib

Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib Bakıda Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası mövzusunda konfrans keçirilib.
Hadisə
22 İyul , 2019 16:07
Bakıda Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası mövzusunda konfrans keçirilib

Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib.

"Report"un xəbərinə görə, çıxış edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı Azərbaycanla Çin arasında əlaqələrin inkişaf etdiyini bildirib.

M.Qurbanlı qeyd edib ki, Çin Azərbaycana tərəfdaş, dost ölkədir.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Tao deyib ki, Çinlə Azərbaycanın əlaqələri yüksək səviyyədədir: "Bu, xalqlar arasında münasibətə müsbət təsir göstərir".

S.Tao vurğulayıb ki, Çin əvvəlki dövrlərdən fərqli olaraq yoxsulluq problemini həll edib:

"Çində bir çox sahələr, o cümlədən maşınqayırma, sənaye sahəsi inkişaf edib. Çin beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib".

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov iki ölkə arasındakı əməkdaşlıq mühitindən danışıb.

Konfrans çıxışlarla davam edib.

Son xəbərlər

Orphus sistemi