Seysmoloji Xidmət Mərkəzi: Martda Azərbaycanda cəmi bir hiss olunan zəlzələ qeydə alınıb

Seysmoloji Xidmət Mərkəzi: Martda Azərbaycanda cəmi bir hiss olunan zəlzələ qeydə alınıb Qurban Yetirmişli: “Azərbaycan ərazisində seysmoloji vəziyyət fon səviyyəsindədir”
Hadisə
31 Mart , 2017 11:36
Seysmoloji Xidmət Mərkəzi: Martda Azərbaycanda cəmi bir hiss olunan zəlzələ qeydə alınıb

Bakı. 31 mart. REPORT.AZ/ “Hazırda Azərbaycan ərazisində seysmoloji vəziyyət fon səviyyəsindədir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O xatırladıb ki, mart ayında ölkə ərazisində hiss olunan cəmi bir zəlzələ qeydə alınıb: "Ötən ay maqnitudası 3-dən yuxarı olan bir neçə təkan qeydə alınıb ki, o da hiss olunmayıb. Həmin təkanların bir neçəsi Xəzər dənizində, biri Hacıqabulda qeydə alınıb. Bir də, Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdə maqnitudası 3.7 olan zəlzələ qeydə alınıb, həmin zəlzələnin dərinliyi az olduğu üçün hiss olunub".

Mütəxəssis qeyd edib ki, zəif, hiss olunmayan təkanlar isə hər gün olur və bu normal haldır: "Zəif təkanlar qorxulu deyil və insanlar tərəfindən hiss olunmur".

Q.Yetirmişli, həmçinin qeyd edib ki, Bakı ərazisində heç bir aktivlik yoxdur.

Son xəbərlər

Orphus sistemi