Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan ərazisində güclü seysmik aktivləşmə yoxdur

Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan ərazisində güclü seysmik aktivləşmə yoxdur ​“Ölkə ərazisində xırda yeraltı təkanlar daim qeydə alınır”
Hadisə
5 Aprel , 2017 19:25
Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan ərazisində güclü seysmik aktivləşmə yoxdur
courtesy image

Bakı. 5 aprel. REPORT.AZ/ “Hazırda Azərbaycan ərazisinda güclü seysmik aktivləşmə yoxdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, ölkədə seysmoloji vəziyyət fon səviyyəsindədir: “Baş verən təkanlar o demək deyil ki, seysmoloji vəziyyətdə aktivləşmə var. Baş verən zəlzələlər də, zəif təkanlar da fon səviyyəsindədir. Ölkə ərazisində xırda yeraltı təkanların daim qeydə alınır. Bu gün Lənkəranda baş verən zəlzələ təkanların sadəcə hiss olunanıdır. Bu qorxulu zəlzələ deyil, həmin ərazidə güclü aktivləşmə yoxdur”. 

Son xəbərlər

Orphus sistemi