Yuxarı

Seysmoloji Xidmət Mərkəzi Ağsuda baş verən zəlzələ ilə bağlı açıqlama yayıb

Seysmoloji Xidmət Mərkəzi Ağsuda baş verən zəlzələ ilə bağlı açıqlama

Ağsu rayonunda zəlzələ olub.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RXSM) Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, yeraltı təkan 3 bala qədər hiss olunub:

"RSXM-in saytında texniki problem yaranıb. Ağsuda baş verən zəlzələ ilə bağlı bildirmək istəyirik ki, zəlzələ elə də güclü deyil. Bu gün yerli vaxtla 08:50-də Pirqulu stansiyasından 8 km qərbdə - Ağsu ərazisində dərinlik 13 km, ml=3.5 zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və ətraf rayonlarda 3 bala qədər hiss olunub".


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi